Kanadada naməlum şəxs atəş açıb, 5 gənc yaralanıb

Digər ölkələr
  • 31 oktyabr, 2019
  • 05:21
Kanadada naməlum şəxs atəş açıb, 5 gənc yaralanıb

Kanadanın Toronto şəhərində naməlum şəxs tərəfindən açılan atəş nəticəsində 5 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisin nümayəndəsi bildirib.

Hospitala yerləşdirilmiş yaralılar 16-18 yaşlı oğlanlar və qızlardır. Onların vəziyyəti ağırdır.

Məlumata görə, polis hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər barəsində axtarış-əməliyyat tədbiri keçirir. 

44 filmi