Kanadada məktəbli avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Kanadada məktəbli avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var Bakı. 29 noyabr. REPORT.AZ/ Kanadada məktəbli avtobusu qəzaya uğrayıb.
Digər ölkələr
29 Noyabr , 2018 01:43
Kanadada məktəbli avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Bakı. 29 noyabr. REPORT.AZ/ Kanadada məktəbli avtobusu qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə TASS CBC-yə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Britaniya Kolumbiyasında baş verib. Şahzadə-Corc şəhərinin məktəblilərinin qızlardan ibarət voleybol komandası və onları müşayiət edən şəxslərin olduğu avtobus Pauel-River şəhərinə yarışmaya gedərkən qəzaya uğrayıb. Nəticədə 12 nəfər yaralanıb. Yaralıları təxliyyə etmək üçün əraziyə vertolyot göndərilib.

Yaralı məktəblilərdən 5-i xəstəxanaya yerləşdirilib. Daha iki nəfərə tibbi yardım göstərilib və onlar xəstəxanadan buraxılıb. Digər yaralılara isə hadisə yerində tibbi yardım göstərilib.

Son xəbərlər

Orphus sistemi