Kanadada koronavirusa yoluxanların sayı 94 minə çatır

Kanadada koronavirusa yoluxanların sayı 94 minə çatır Kanadada koronavirusa yoluxma halları artır.
Digər ölkələr
5 İyun , 2020 05:47
Kanadada koronavirusa yoluxanların sayı 94 minə çatır

Kanadada koronavirusa yoluxma halları artır.

"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata görə, COVID-19-a yoluxanların sayı 93 726 nəfərə çatıb.

Qeyd edilir ki, epidemiyanın başlanğıcından ölkədə koronavirusdan 7 637 pasiyent ölüb.

Epidemiyanın əvvəlindən COVID-19-la bağlı demək olar, 1,8 milyon test keçirilib.

Ən çətin vəziyyət Kvebek və Ontario əyalətlərində müşahidə olunur. Kvebekdə 52 mindən çox insan koronavirusa yoluxub. Ontarioda isə təhlükəli virusa 29 min yoluxma aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi