Kanadada dördmərtəbəli bina qismən dağılıb, ölən və yaralananlar var

Kanadada dördmərtəbəli bina qismən dağılıb, ölən və yaralananlar var Kanadanın Ontario əyalətinin London şəhərində tikilməkdə olan dördmərtəbəli binanın divarlarından birinin qismən dağılması zamanı bir nəfər həlak olub, daha dörd nəfər xəsarət alıb.
Digər ölkələr
12 Dekabr , 2020 02:26
Kanadada dördmərtəbəli bina qismən dağılıb, ölən və yaralananlar var

Kanadanın Ontario əyalətinin London şəhərində tikilməkdə olan dördmərtəbəli binanın divarlarından birinin qismən dağılması zamanı bir nəfər həlak olub, daha dörd nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, bu barədə CBC telekanalı bildirib.

Hadisə şəhərin qərb hissəsində olub. Xilasedicilər dağıntılar altından beş nəfəri çıxara biliblər, onlardan biri ölüb. Qeyd edilir ki, zərərçəkənlərdən ikisinin vəziyyəti ağırdır.

Hadisənin başvermə səbəbi müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi