Kanadada baş verən atışmada bir nəfər ölüb

Kanadada baş verən atışmada bir nəfər ölüb Kanadanın Missisoqa şəhərində baş verən atışmada bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Digər ölkələr
15 Sentyabr , 2019 08:50
Kanadada baş verən atışmada bir nəfər ölüb

Kanadanın Missisoqa şəhərində baş verən atışmada bir nəfər ölüb, dörd nəfər yaralanıb.

“Report” “TASS” a istinadən xəbər verir ki, bu barədə “CBC” kanalı məlumat yayıb.

İnsident şənbə gecəsi şəhərin, küçələrin birində baş verib. Hadisə yerinə gələn polislər bir nəfərin meyitini və dörd yaralı şəxsi aşkar ediblər. Yaralılardan ikisi yeniyetmə, biri isə qadındır.

Bir neçə nəfər barəsində axtarış elan edilib, lakin hüquq mühafizə orqanları atəş açanların dəqiq sayını açıqlamayıblar. Hadisə baş verən ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Son xəbərlər

Orphus sistemi