Kanadada baş naziri və müsəlmanları təhdid edən şəxslər saxlanılıb

Digər ölkələr
  • 21 dekabr, 2019
  • 18:58
Kanadada baş naziri və müsəlmanları təhdid edən şəxslər saxlanılıb

Kanada polisi Kvebek əyalətinin iki sakinini baş nazir Castin Tryudonun və ölkənin müsəlman icmasının ünvanına təhdidlərlə əlaqədar saxlayıb.

"Report" xəbər verir ki, bu barədə STV telekanalı bildirib.

Polisin məlumatına görə, saxlanılanlar xüsusi halda sosial şəbəkələrdə Tryudo və müsəlmanların qətlinə çağırışlarla çıxış ediblər. Saxlanılanlar ultrasağ "Storm Alliance" təşkilatı ilə əlaqələrdə şübhəli bilinirlər. 

Onlar yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaqlar. Amma təhqiqatın başlanğıcının dəqiq müddəti məlum deyil.

Hadisənin başqa təfərrüatları açıqlanmır.

Son xəbərlər

Bütün Xəbər Lenti