Kanadada aviaşou zamanı təyyarə qəzaya uğrayıb, 1 nəfər həlak olub

Digər ölkələr
  • 01 sentyabr, 2019
  • 01:29
Kanadada aviaşou zamanı təyyarə qəzaya uğrayıb, 1 nəfər həlak olub

Kanadada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə STV telekanalı bildirib.

Qeyd edilir ki, hadisə Alberta vilayətində, Smit şəhəri yaxınlığında, yarmarka və kiçik hava şousu zamanı baş verib. Qəza nəticəsində pilot həlak olub.

Kanadanın Nəqliyyat Nazirliyi faktla bağlı araşdırmaya başlayıb.