Kanadada anomal istidən ölənlərin sayı 33 nəfərə çatıb

Digər ölkələr
  • 05 iyul, 2018
  • 17:56
Kanadada anomal istidən ölənlərin sayı 33 nəfərə çatıb

Bakı. 5 iyul. REPORT.AZ/ Kanadanın şərqində yerləşən Kvebek əyalətində qeydə alınan anomal istilər səbəbindən azı 33 nəfər dünyasını dəyişib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı regionun səhiyyə naziri Lüsi Şarlebua deyib.

Onun məlumatına görə, 33 ölüm halından 18-i əyalətin iri şəhəri olan Monrealda qeydə alınıb.