Bakı. 26 fevral. REPORT.AZ/ Kanadanın şərqində kəskin hava şəraiti ilə əlaqədar 70-dən çox nəqliyyat vasitəsi toqquşub.
“Report” xəbər verir ki, bu barədə təcili xidmətlərin məlumatlarına istinadən “CTV News” məlumat yayıb.
Bildirilir ki, toqquşma Ontario əyalətinin cənubunda olub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Qeyd edilir ki, qəzaya uğrayan avtomobillər arasında benzindaşıyan maşın da var. Hadisə nəticəsində yanacaq magistral yola daşıb.