Kanada Ukraynaya 440 milyon Kanada dolları (305,7 milyon ABŞ dolları) dəyərində hərbi yardım göstərmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Uilyam Bleyer Almaniyanın Ramşteyn aviabazasında Ukraynaya silah tədarükünün koordinasiyası üzrə təmas qrupunun iclasının yekunlarına dair açıqlamasında bildirib.
Bildirilib ki, qeyd olunan vəsaitin 200 milyon Kanada dolları (təxminən 139 milyon ABŞ dolları) Ukrayna ordusunun mərmi almaq üçün Çexiya təşəbbüsünə sərf olunacaq.
Vəsaitin qalan hissəsi isə PUA və onlar üçün avadanlıqların, eləcə də qış geyimlərinin alınmasına yönəldiləcək.
Xatırladaq ki, 2022-ci ilin fevralından Kanada Ukraynaya 4,5 milyard Kanada dollarından (3,13 milyard dollar) çox hərbi yardım edib.