​Kanada Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib

​Kanada Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib Məhdudiyyətlər Minsk sazişləri tam yerinə yetirilənədək qüvvədə olacaq
Digər ölkələr
19 Mart , 2016 03:18
​Kanada Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib

Bakı. 19 mart. REPORT.AZ/ Kanada Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Stefan Dion bildirib.

"Bugünkü qərar Ukraynada diplomatik böhranın həlli yollarının axtarılmasına yönəlmiş geniş beynəlxalq səyləri dəstəkləyir", — deyə o bildirib.

Dion izah edib ki, Rusiyaya qarşı məhdudiyyətlər Minsk sazişləri tam yerinə yetirilənədək qüvvədə olacaq.

Kanadanın sanksiya siyahısına həm fiziki, həm də hüquqi şəxslər daxildir.

Siyahıya ümumilikdə 10 hüquqi şəxs düşüb.

Son xəbərlər

Orphus sistemi