Kanada Rusiyanın müsadirə edilən “AN-124” təyyarəsini Ukraynaya təhvil verəcək

Kanada Rusiyanın müsadirə edilən “AN-124” təyyarəsini Ukraynaya təhvil verəcək “Kanada hökuməti Rusiyadan müsadirə edilən AN-124 nəqliyyat təyyarəsini Ukraynaya təhvil verəcək. Artıq transfer prosesi başlayıb”.
Digər ölkələr
10 İyun , 2023 20:30
Kanada Rusiyanın müsadirə edilən “AN-124” təyyarəsini Ukraynaya təhvil verəcək

“Kanada hökuməti Rusiyadan müsadirə edilən AN-124 nəqliyyat təyyarəsini Ukraynaya təhvil verəcək. Artıq transfer prosesi başlayıb”.

“Report” xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Kanadanın baş naziri Castin Trüdo deyib.

Onun sözlərinə görə, rəsmi Ottava təyyarəni Ukraynaya təhvil vermək üçün müsadirə edib:

“Keçən ilin yazında Rusiyanın “Antonov” təyyarəsi Torontodakı Pirson hava limanına enib. O, yerə enən kimi dərhal onu saxladıq. Bu gün qəbul etdiyimiz qanunvericilik sayəsində biz Rusiyaya məxsus olan bu təyyarəni müsadirə edib, daha Rusiyanın istifadə etməməsi üçün mülkiyyət hüququnun Ukraynaya verilməsi prosesinə başlayacağıq”.

Son xəbərlər

Orphus sistemi