Bakı. 23 yanvar. REPORT.AZ/ Kamerunda vertolyot qəzası baş verib.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.
Məlumata görə, radikal "Boko Haram" qruplaşması ilə mübarizə məqsədilə ayrılmış hərbi vertolyot qəzaya uğrayıb. Nəticədə 1 general daha 5 nəfər həlak olub.
Xəbərdə bildirilir ki, hadisə Kamerun-Nigeriya sərhədində baş verib. Ölənlərdən ikisi ekipaj üzvüdür. Həlak olmuş generalla yanaşı, daha üç nəfərin yüksək vəzifəli şəxslər olduğu bilddirilir.
Qəzanın başvermə səbəbləri məlum deyil.