Kamerunda qaçırılan 78 məktəbli girovluqdan azad olunub

Digər ölkələr
  • 07 noyabr, 2018
  • 08:03
Kamerunda qaçırılan 78 məktəbli girovluqdan azad olunub

Bakı. 7 noyabr. REPORT.AZ/ Kamerunda silahlı şəxslərin qaçırdığı 78 şagird və məktəbin sürücüsü sərbəst buraxılıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, onlar ölkənin şimal-qərbində yerləşən və əhalisinin əksəriyyəti ingilis dilində danışan Bamenda şəhərindəki məktəblərdən birində təhsil alan uşaqlardır.  

Silahlılar məktəb müdirini və bir müəllimi isə hələ də girov saxlayırlar. 

Qeyd edək ki, noyabrın 5-də Kamerunda 81 nəfər qaçırılıb. Hadisəni kimin törətdiyi açıqlanmayıb. 

44 filmi