Kaliforniyada təyyarə yaşayış evinin üzərinə düşüb
Digər ölkələr
- 20 noyabr, 2017
- 22:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 noyabr. REPORT.AZ/ Cümə günü ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində "Cessna 172" tipli yüngül mühərrikli təyyarə yaşayış evinin üzərinə düşüb.
“Report” xəbər verir ki, "The Mercury News" nəşrinin məlumatına görə, təyyarənin göyərtəsində üç nəfər olub, onlardan ikisi kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Daha bir nəfər yüngül xəsarət alıb. Ev sakinlərindən xəsarət alan olmayıb.
Bildirilir ki, pilot havaya qalxdıqdan dərhal sonra texniki qüsurla bağlı Reyd-Xillvyu aerodromu ilə əlaqə saxlayıb. O, aerodroma dönmək istəyib, lakin zolağa yetişə bilməyib.
Son xəbərlər
15:33
AKTA: BOKT-larda kibertəhlükəsizlik üçün büdcə və mütəxəssis çatışmazlığı var
Maliyyə
15:26
Foto
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
İKT
15:24
Səbinə Hacıyeva: Azərbaycan əsrlər boyu dini ənənələrin və mədəniyyətlərin qovuşduğu məkan olub
Mədəniyyət siyasəti
15:22
Burkina-Faso İƏT-in korrupsiya ilə mübarizə orqanlarının görüşünün Bakıda keçirilməsini alqışlayıb
Digər
15:18
Netanyahu bloku parlament seçkilərinin ilkin nəticələrinə görə 54 yer əldə edir
Digər ölkələr
15:17
Naxçıvan sahibkarları 9 ayda 6 milyon manat güzəştli kredit alıblar
Biznes
15:16
İsa Həbibbəyli: Ramiz Mehdiyev AMEA üzvünün Nizamnamə ilə müəyyən olunan tələblərini pozub
Daxili siyasət
15:15
Video
İspaniyada qatarların toqquşması nəticəsində 50 nəfər ölüb, 180-ə yaxın insan yaralanıb - Yenilənib-2
Digər ölkələr
15:13
"Embafinans" BOKT-un istiqrazlarına 151 investor maraq göstərib
Maliyyə