Kaliforniyada meşə yanğınları 150 yaşlı şəhəri məhv edib

Kaliforniyada meşə yanğınları 150 yaşlı şəhəri məhv edib ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları səbəbindən 16 mindən çox insan təxliyə edilib.
Digər ölkələr
6 Avqust , 2021 04:12
Kaliforniyada meşə yanğınları 150 yaşlı şəhəri məhv edib

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları səbəbindən 16 mindən çox insan təxliyə edilib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, yanğının qarşısını almaq üçün federal hökumət tərəfindən əlavə vəsait ayrılıb.

Hazırda ən böyük təhlükə 112 min hektardan çox ərazini əhatə edən “Dixie” adlanan yanğındır. Yanğın nəticəsində ölənin olmadığı deyilir.

Alov, Kaliforniyanın şimal -şərqində, mindən çox əhalisi olan, 150 il bundan əvvəl təməli qoyulan Qrinvill şəhərindəki binaların çoxunu məhv edib.

Son xəbərlər

Orphus sistemi