ABŞ-da boulinq salonunda atışma olub: 3 nəfər ölüb, 4 nəfər yaralanıb - YENİLƏNİB
- 05 yanvar, 2019
- 10:51
Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Torrense rayonundakı boulinq salonunda baş vermiş atışma nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Polis həmin ərazidəki sakinlərə evlərini tərk etməməyi məsləhət görüb. Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb edilib. Yaralıların sayının çox olduğu ehtimal edilir.
** 13:42
Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Torrens rayonundakı boulinq salonunda baş vermiş atışma nəticəsində yaralananlar var.
“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Polis həmin ərazidəki sakinlərə evlərini tərk etməməyi məsləhət görüb.
Hücumun səbəbi hələlik məlum deyil.