ABŞ-ın Kaliforniya ştatının Uolnut Krik şəhərində təxminən 80 nəfər geyim mağazasını qarət etməkdə şübhəli bilinir.
“Report”un xarici mətbuata istinadən məlumatına görə, bu barədə yerli polis bildirib.
"Nordstrom” mağazasının işçiləri təxminən 80 nəfərin mağazaya daxil olmasından və dərhal məhsulları qarət etməyə başlamalarından sonra 911-ə zəng etməyə başlayıblar", - yerli polisin tvitterdəki mikrobloqunda yayılan açıqlamasında deyilir.
Polisin bildirdiyinə görə, qarət cümə günü axşam baş verib. Xəbərdə deyilir ki, qarətçilər iki işçiyə hücum ediblər.
Tezliklə hadisə yerinə gələn polis əməkdaşları içində iki şübhəli şəxsin olduğu avtomobili saxlayıblar, onlardan biri silahlı olub. Polisin bildirdiyinə görə, üçüncü şübhəli qarət edilmiş əşyalarla birlikdə mağazanın yaxınlığında saxlanılıb.
Qeyd edilir ki, həbs edilənlər 18-32 yaşlı şəxslərdir. Onlar quldurluq, sui-qəsd və qarət edilmiş əşyaları saxlamaqda ittiham olunurlar.
"Cinayətin digər iştirakçıları avtomobillərlə cinayət yerini tərk ediblər", - məlumatda deyilir.