Bakı. 26 iyul. REPORT.AZ/ Əfqanıstan paytaxtı Kabildə terror hücumu zamanı təhlükəsizlik qüvvələrinin azı dörd əməkdaşı ölüb.
Bu barədə "Report" "ToloNews" telekanalına istinadən xəbər verir.
Polisin verdiyi məlumata görə, Baq-e-Daud rayonunda terrorçu-kamikadze özünü təhlükəsizlik qüvvələrinin əməkdaşları yanında partladıb. Beş nəfər yaralanıb.
Hücuma görə məsuliyyəti üzərinə radikal "Taliban" hərəkatının yaraqlıları götürüblər.