Kabildə partlayış nəticəsində 9 jurnalist ölüb

Kabildə partlayış nəticəsində 9 jurnalist ölüb Hücum nəticəsində "Azadlıq radiosu"nun Əfqanıstan filialının üç jurnalisti ölüb
Digər ölkələr
30 Aprel , 2018 16:54
Kabildə partlayış nəticəsində 9 jurnalist ölüb
AFP

Bakı. 30 aprel. REPORT.AZ/ Bu gün Əfqanıstanın paytaxtı Kabil şəhərində baş verən iki partlayış zamanı ölən 29 nəfərdən 9-u kütləvi informasiya vasitələrinin əməkdaşlarıdır.

Bu barədə "Report" "TOLOnews" telekanalına istinadən xəbər verir.

Hücum nəticəsində "TOLOnews" telekanalının operatoru, 1TV telekanalının jurnalisti və operatoru, "Mashal TV" telekanalının iki əməkdaşı, və "Azadi Radio"nun ("Azad Avropa Radiosu/Azadlıq Radiosu"nun Əfqanıstan filialı - red.) üç jurnalisti, eləcə də "Agence France-Presse"in Əfqanıstan paytaxtındakı fotobürosuna rəhbərlik edən fotomüxbir Şah Marai həlak olub.

Qeyd edək ki, hücum xarici ölkələrin nümayəndəliklərinin, eləcə də Əfqanıstanın Kəşfiyyat Agentliyinin yerləşdiyi bölgədə həyata keçirilib. İlk partlayış yerli vaxtla səhər saat 8 (Bakı vaxtı ilə 07:30) radələrində baş verib. Partlayışı motosikletdəki terroçu-kamikadze həyata keçirib.

İkinci partlayış isə 20 dəqiqə sonra - hadisə yerinə təcili yardım xidmətləri və jurnalistlər gələn zaman eyni bölgədə baş verib. Ümumilikdə 29 nəfər ölüb, azı 49 nəfər yaralanıb.

Terror hücumuna görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi