Bakı. 24 sentyabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabilin hökumət binaları yerləşən Əfşar rayonu ərazisində partlayış baş verib.
"Report" "Tolo News"a istinadən xəbər verir ki, terrorçu-kamikadze NATO-nun hərbi texnika karvanı yaxınlığında özünü partladıb.
"Terror Events" nəşrinin məlumatına görə, texnika karvanı Danimarka Silahlı Qüvvələrinə məxsus olub.