Kabildə məsciddə partlayış olub, 27 nəfər ölüb, 35 nəfər yaralanıb

Kabildə məsciddə partlayış olub, 27 nəfər ölüb, 35 nəfər yaralanıb Ölənlərin arasında uşaqlar da var
Digər ölkələr
21 noyabr 2016 10:05
Kabildə məsciddə partlayış olub, 27 nəfər ölüb, 35 nəfər yaralanıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Əfqanıstanda məscidə hücum nəticəsində azı 27 nəfər ölüb, 35 nəfər yaralanıb.

“Report” “Tolo News”a istinadən xəbər verir ki, hücum ölkə paytaxtı Kabilin Çahar Qala rayonunda baş verib.

Terrorçu-kamikadze özünü məscidin içində partladıb. 

Ölənlər arasında uşaqların da olduğu bildirilir. 

Orphus sistemi