Kabildə məbəddə baş verən partlayışlarda 2 nəfər ölüb

Kabildə məbəddə baş verən partlayışlarda 2 nəfər ölüb Əfqanıstanın paytaxtı Kabildə məbəddə partlayış baş verib.
Digər ölkələr
18 İyun , 2022 18:31
Kabildə məbəddə baş verən partlayışlarda 2 nəfər ölüb

Kabildə sikxlər və hinduların məbədində baş verən partlayışlar nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

"Report" xəbər verir ki,  bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

"Taliban" hökumətinin Daxili İşlər Nazirliyinin sözçüsü Abdul Nafi Thakur qanlı hadisənin səhər saatlarında Karte-e Pərvan bölgəsində baş verdiyini bildirib. Onun sözlərinə görə, əməliyyat zamanı hücum edənlər məhv edilib.

Məbədin bir hissəsi yanıb, yaxınlıqdakı tikililərə ziyan dəyib.

Hadisə şahidlərinin sözlərinə görə, hücum hinduların və sikxlərin dini ayinlər keçirdikləri bir vaxtda həyata keçirilib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

12:44

Kabilin şimalındakı Karte Parvan məhəlləsində yerləşən sikh məbədində azı beş partlayış baş verib, ərazi “Taliban” yaraqlıları tərəfindən mühasirəyə alınıb və silahlı qarşıdurma davam edir.

Bu barədə “Report” “Aamaj News”a istinadən xəbər verir. 

Bildirilir ki, hücum edən silahlılar hazırda məbəddə bloklanıb.

Qeyd edək ki, Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Bağçi ölkəsinin məbədə hücumla bağlı xəbərlərdən “ciddi narahat” olduğunu və hadisəni diqqətlə izlədiklərini bildirib.

Əfqanıstandakı heç bir silahlı qruplaşma məbədə hücuma görə məsuliyyəti üzərinə götürməyib.

09:12

Əfqanıstanın paytaxtı Kabildə bu gün sikh məbədində partlayış baş verib.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Bildirilib ki, məbəddə 30-a yaxın adam olub. Neçə nəfərin öldüyü və yaralandığı məlum deyil.

İngilis versiyası Blast hits temple in Kabul

Son xəbərlər

Orphus sistemi