Kabildə güclü yanğın, 9 nəfər ölüb

Kabildə güclü yanğın, 9 nəfər ölüb Əfqanıstanın paytaxtı Kabil şəhərinin şimalında baş verən yanğın zamanı azı 9 nəfər ölüb, 14 nəfər xəsarət alıb.
Digər ölkələr
2 May , 2021 11:30
Kabildə güclü yanğın, 9 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabil şəhərinin şimalında baş verən yanğın zamanı azı 9 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, bu barədə “TOLO news” telekanalı xəbər verib.

Belə ki, Kabil yaxınlığında yerləşən ərazilərdən birində yanacaq daşıyan avtomobil anidən alışıb. Yanğın tezliklə yanacaq daşıyan və həmin ərazidə olan digər nəqliyyat vasitələrinə keçib. Bütövlükdə 50-yə yaxın avtomobilə ziyan dəyib.

Yanğın nəticəsində Kabilin bir çox bölgəsinə elektrik enerjisinin verilməsi dayandırılıb və hazırda onun bərpası üçün işlər görülür. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Son xəbərlər

Orphus sistemi