Kabildə baş verən partlayışda ölənlərin sayı 48 nəfərə çatıb, onlarla yaralı var - YENİLƏNİB-3

Kabildə baş verən partlayışda ölənlərin sayı 48 nəfərə çatıb, onlarla yaralı var - YENİLƏNİB-3 Partlayış zamanı 112 nəfər yaralanıb
Digər ölkələr
22 Aprel , 2018 17:10
Kabildə baş verən partlayışda ölənlərin sayı 48 nəfərə çatıb, onlarla yaralı var - YENİLƏNİB-3

Bakı. 22 aprel. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışda ölənlərin sayı 48 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "TOLONEWS" ölkənin Səhiyyə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, partlayış zamanı həmçinin 112 nəfər yaralanıb.

Qeyd edək ki, hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.  


***12:32

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

"Report" xəbər verir ki, "TOLONEWS" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində həmçinin 50-dən çox insan xəsarət alıb.

Qeyd edək ki, partlayış paytaxtın qərbində, seçicilərin qeydiyyatı mərkəzinin qarşısında baş verib. Hadisənin terrorçu kamikadze tərəfindən törədildiyi bildirilir.


***12:06

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "1 TV" telekanalı Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb. 

Məlumata görə, partlayış nəticəsində həmçinin 56 nəfər xəsarət alıb. Hadisənin terrorçu kamikadze tərəfindən törədildiyi bildirilir.

Partlayış paytaxtın qərbində, seçicilərin qeydiyyatı mərkəzinin qarşısında baş verib.


***11:05

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.

"Report"un məlumatına görə, bu barədə "Pajvak" agentliyi bildirib.

Məlumata görə, hadisə paytaxtın qərbində, seçicilərin qeydiyyatı mərkəzinin qarşısında baş verib. Hadisə nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Hadisə yerinə həkimlər və polis əməkdaşları cəlb edilib. Partlayışın səbəbi hələlik məlum deyil. 

Son xəbərlər

Orphus sistemi