KİV: "İtaliyaya məxsus təyyarə Kabildə atəşə tutulub"

KİV: "İtaliyaya məxsus təyyarə Kabildə atəşə tutulub" Kabil hava limanında jurnalistləri və mülki vətəndaşları təxliyə edən İtaliyaya məxsus C-130J hərbi təyyarəsi havaya qalxarkən atəşə tutulub.
Digər ölkələr
26 Avqust , 2021 17:34
KİV: İtaliyaya məxsus təyyarə Kabildə atəşə tutulub

Kabil hava limanında jurnalistləri və mülki vətəndaşları təxliyə edən İtaliyaya məxsus C-130J hərbi təyyarəsi havaya qalxarkən atəşə tutulub.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində xəsarət alan yoxdur.

“La Stampa” qəzeti təyyarənin göyərtəsində jurnalistlər və 98 Əfqanıstan vətəndaşı olduğunu qeyd edib.

Respublikanın xüsusi xidmət orqanlarına istinad edən "Rai News 24" telekanalı məlumat verir ki, Kabil hava limanında açılan atəş Əfqanıstandan mülki vətəndaşları təxliyə edən hərbi təyyarəyə yönəlməyib.

Son xəbərlər

Orphus sistemi