İtaliya sahillərində 539 miqrant xilas edilib

İtaliya sahillərində 539 miqrant xilas edilib İtaliyanın sahil mühafizəsi xidmətinin gəmiləri Lampeduza adası sahillərində üzən balıqçı qayığından 539 miqrantı xilas edib.
Digər ölkələr
29 Avqust , 2021 03:50
İtaliya sahillərində 539 miqrant xilas edilib

İtaliyanın sahil mühafizəsi xidmətinin gəmiləri Lampeduza adası sahillərində üzən balıqçı qayığından 539 miqrantı xilas edib.

“Report”un məlumatına görə, bu barədə “BBC News” bildirib.

Şənbə günü xilasedicilər İtaliyanın bu adasına bir gün ərzində rekord sayda miqrant çatdırıblar. Qayıqdakı miqrantlar arasında qadınlar və uşaqlar da olub.

Qeyd edilir ki, miqrantlar Liviyadan Aralıq dənizi vasitəsilə Avropaya getməyə çalışıblar. İtaliyanın Sahil Mühafizəsinin iki gəmisi və polisin gömrük gəmisi miqrantları Lampeduzaya daşımağa kömək edib.

Adanın meri Toto Martello bunu son zamanlar "ən böyük xilasedici əməliyyatlardan biri” adlandırıb.

Lampeduza adası Avropaya çatmağı arzulayan insanlar üçün əsas limanlardan biridir. Adada miqrantlar üçün düşərgə var. Bura əvvəlcə 300-dək insan yaşaması üçün nəzərdə tutulmuşdu.

Son xəbərlər

Orphus sistemi