İsveç terror təşkilatlarını dəstəkləyənlərin həbsini nəzərdə tutan qanunu təsdiqləyib

İsveç terror təşkilatlarını dəstəkləyənlərin həbsini nəzərdə tutan qanunu təsdiqləyib İsveç terror təşkilatlarını dəstəkləyənlərə həbs cəzasını nəzərdə tutan qanunu təsdiqləyib.
Digər ölkələr
6 İyul , 2023 17:57
İsveç terror təşkilatlarını dəstəkləyənlərin həbsini nəzərdə tutan qanunu təsdiqləyib

İsveç terror təşkilatlarını dəstəkləyənlərə həbs cəzasını nəzərdə tutan qanunu təsdiqləyib.

“Report” xəbər verir ki, qanun terror təşkilatlarını dəstəkləyənlərə ən çox 4 il həbs cəzasının verilməsini nəzərdə tutur.

Ölkədə terror təşkilatı olan PKK-ya maliyyə dəstəyi göstərən bir türk vətəndaşına artıq 4 il yarım cəza verilib.

Məlumata görə, həmin şəxs yanvar ayında odlu silahdan istifadəyə görə saxlanılmışdı. Prokurorluqdan bildirilmişdi ki, o, təhdid yolu ilə PKK-ya maliyyə dəstəyini təşkil edir. Qeyd edilmişdi ki, hələlik adı açıqlanmayan həmin şəxs İsveçdə PKK üzvlərinin fəaliyyətində həlledici rol oynayır.

Fransa və Almaniya kəşfiyyatları da məlumatı təsdiqləmiş, həmin şəxsin PKK-ya maddi dəstək göstərdiyini açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi