İsrail Livan və “Hizbullah” hərəkatı ilə müharibəyə girmək niyyətində deyil, ancaq indiki durum sürə bilməz.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon jurnalistlərə söyləyib.
“Biz regionda gərginliyin artmasını istəmirik, “Hizbullah” və Livanla savaşmaq niyyətimiz yoxdur, lakin bu, belə davam edə bilməz”, – o vurğulayıb.
İsrailin daimi nümayəndəsi həmçinin qeyd edib ki, durumun gərginliyini diplomatik yolla azaltmaq mümkün olmasa, İsrailin “Livan sərhədində öz vətəndaşlarını qorumaq üçün bütün vasitələrdən istifadə etməkdən başqa seçimi qalmayacaq”.
Danon Livanda mobil cihazların kütləvi partladılmasının arxasında İsrailin durub-durmadığı sualını cavablandırmaqdan imtina edib.