İsrailin Maliyyə naziri İsrael Kats ikinci "lokdaun"la (sərt qadağa rejimi-red) əlaqədar olaraq hökumətin yeni iqtisadi planına daxil ediləcək tədbirlərin siyahısını elan edib.
Bu barədə haqda "Report" "Newsru.co.il"ə istinadən xəbər verir.
Nazirin sözlərinə görə, ictimai həmrəylik çərçivəsində nazirlərin, nazir müavinlərinin, deputatların və digər yüksək vəzifəli şəxslərin maaşlarının ixtisarı yeni planın birinci tədbiri olacaq.
Kats vurğulayıb ki, hökumət tərəfindən indiyə qədər qəbul edilmiş koronavirus epidemiyasının iqtisadi nəticələrinin öhdəsindən gəlmə üzrə tədbirlər yaxşı nəticə göstərir. Eyni zamanda, ikinci “lokdaun”un tətbiqi ilə əlaqədar əlavə addımlar atılacaq. Dövlət pandemiyanın təsirinə məruz qalan müəssisələr tərəfindən gəlir vergisinin ödənilməsində iştirak edəcək.
Yeni "lokdaun"un zərbəsini yumşaltmaq üçün onsuz da yardım almaq hüququ qazanmış müəssisələrə yaxın günlərdə sentyabr-oktyabr ayları üçün yardım ödəniləcək. Vergilər İdarəsi ƏDV-ni hissə-hissə ödəmək imkanını təqdim edəcək.