İsrail Prezidenti İshaq Hersoq Avropa İttifaqı (Aİ) ölkələrini İranın simasında qaranlıq qüvvələrə qarşı birgə mübarizə aparmağa çağırıb.
“Report” “Associated Press”ə istinadən xəbər verir ki, o, bu barədə Avropa Parlamentində çıxışı zamanı bildirib.
“Bizi məhv etməklə təhdid edən qaranlıq və nifrət qüvvələrinə qarşı qətiyyətli və birləşmiş icma olaraq birlikdə çalışmalıyıq”, - İsrail Prezidenti deyib.
O vurğulayıb ki, İran rejimi açıq şəkildə İsraili tamamilə məhv etməyə çağırır, azadlıq, insan və vətəndaş hüquqları tələb edən öz vətəndaşlarını öldürür, Ukrayna müharibəsində aktiv və ölümcül rol oynayır, kütləvi qırğın silahları hazırlayır.
İ.Hersoq, həmçinin antisemitizmin yalnız qaranlıq rejimlərdə deyil, həm də azad, demokratik Qərbdə inkişaf etdiyini də qeyd edib.