İsrail ordusu Livanda "Hizbullah"a məxsus 80-dən çox hədəfə zərbə endirib
Digər ölkələr
- 19 iyun, 2026
- 14:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrail Müdafiə Ordusu (IDF) Livanın cənubunda "Hizbullah" qruplaşmasına məxsus 80-dən çox hədəfi vurub.
"Report" ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qruplaşmanın Nəbatiyyə, eləcə də Livanın cənubundakı digər rayonlarda yerləşən qərargahlarına, buraxılış qurğularına və digər infrastruktur obyektlərinə zərbələr endirilib.
Bundan başqa, İsrail ordusu Bekaa vadisində "Hizbullah"ın iki qərargahına hücum edib.
"Zərbələr nəticəsində "Hizbullah"ın bu qərargahlarda fəaliyyət göstərən onlarla yaraqlısı öldürülüb", - məlumatda bildirilib.
Qeyd edilib ki, əməliyyat qruplaşmanın atəşkəs razılaşmasını dəfələrlə pozmasına cavab olaraq həyata keçirilib.
Son xəbərlər
21:40
Foto
İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - yenilənib
Xarici siyasət
21:37
Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib
Digər ölkələr
21:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb
Maliyyə
21:06
Britaniya Ukraynaya öz istehsalı olan HHM sistemlərinin tədarükünü sürətləndirəcək
Digər ölkələr
20:55
Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir - yenilənib
Xarici siyasət
20:54
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Digər ölkələr
20:49
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub
Futbol
20:25
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək
Region
19:57
Foto
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb
Digər ölkələr