İsrail ordusu Beyrutun cənubundakı bir neçə bölgənin sakinlərini evakuasiyaya çağırıb

İsrail ordusu Beyrutun cənubundakı bir neçə bölgənin sakinlərini evakuasiyaya çağırıb İsrail Müdafiə Qüvvələri (İMQ) Beyrutun cənubundakı Haret-Hreyk və Hadas rayonlarında yerləşən bir neçə binanın sakinlərini təcili evakuasiyaya çağırıb.
Digər ölkələr
9 Oktyabr , 2024 02:01
İsrail ordusu Beyrutun cənubundakı bir neçə bölgənin sakinlərini evakuasiyaya çağırıb

İsrail Müdafiə Qüvvələri (İMQ) Beyrutun cənubundakı Haret-Hreyk və Hadas rayonlarında yerləşən bir neçə binanın sakinlərini təcili evakuasiyaya çağırıb.

“Report” xəbər verir ki, bu barədə İMQ-nin rəsmi nümayəndəsi Avixay Edri sosial şəbəkədə yazıb.

“Beyrutun cənub ətrafında Haret-Hreyk və Hadas rayonlarının sakinləri üçün təcili xəbərdarlıq, xüsusilə xəritələrdə qeyd olunmuş binalarda. Öz təhlükəsizliyiniz və ailə üzvlərinizin təhlükəsizliyi üçün siz dərhal bu və qonşu binaları tərk etməli və onlardan azı 500 metr məsafədə durmalısınız”, – o bildirib.

Edri bir neçə binanın qırmızı rənglə işarələndiyi iki peyk şəklini dərc edib. İMQ-nin məlumatına görə, bu obyektlər “Hizbullah” hərəkatı ilə əlaqəlidir və yaxın vaxtlarda İsrail ordusu onlara qarşı tədbirlər görməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi