İsrail İordan çayının qərb sahilini qismən ilhaq etməyə hazırlaşdığını açıqlayıb

İsrail İordan çayının qərb sahilini qismən ilhaq etməyə hazırlaşdığını açıqlayıb İsrailin maliyyə naziri və ifrat sağçı Dini Sionizm Partiyasının lideri Bezalel Smotriç Donald Trampın ABŞ-dəki prezident seçkilərində qələbə qazanması ilə əlaqədar olaraq 2025-ci ildə İordan çayının qərb sahilinin bəzi hissələrinin mümkün ilhaqı üçün haz
Digər ölkələr
12 Noyabr , 2024 00:23
İsrail İordan çayının qərb sahilini qismən ilhaq etməyə hazırlaşdığını açıqlayıb

İsrailin maliyyə naziri və ifrat sağçı Dini Sionizm Partiyasının lideri Bezalel Smotriç Donald Trampın ABŞ-dəki prezident seçkilərində qələbə qazanması ilə əlaqədar olaraq 2025-ci ildə İordan çayının qərb sahilinin bəzi hissələrinin mümkün ilhaqı üçün hazırlıqlara başlamağa göstəriş verdiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə “Israel Hayom” qəzeti nazirin açıqlamalarına istinadən yazıb.

“Tramp ilk prezidentliyi dövründə ABŞ səfirliyini Qüdsə köçürmək, Qüdsü İsrailin paytaxtı kimi tanımaq, İsrailin Qolan təpələri üzərində suverenliyini tanımaq və Yəhudiyyə və Səməriyyədəki (İsrailin İordan çayının qərb sahilinə verdiyi adlardır – red.) yəhudi məskənlərinin qanuniliyi və legitimliyi ilə bağlı qərar hazırlamaq kimi mühüm addımlar atdı. Yəhudiyyə və Səməriyyədəki yaşayış məntəqələri üzərində İsrailin suverenliyini elan etməyimizə bir addım qalmışdı. İndi bunu etməyin əsl vaxtıdır. Ona görə də Müdafiə Nazirliyi yanında Məskunlaşma İdarəsinə və İsrail Mülki Administrasiyasına suverenliyin tətbiqi üçün lazımi infrastrukturun yaradılması üçün hərtərəfli peşəkar hazırlıq işlərinə başlamaq göstərişi vermişəm. 2025-ci il Yəhudiyyə və Səməriyyədə İsrailin suverenliyinin elan olunacağı ili olmalıdır”, - Smotriç söyləyib.

Xatırladaq ki, 2016-cı ilin dekabrında BMT Təhlükəsizlik Şurası İsrailin işğal olunmuş ərazilərdə məskunlaşma fəaliyyətinə son qoyulmasını tələb edən 2334 saylı qətnamə qəbul edib. İsrail bu sənədin müddəalarına əməl etməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi