İspaniyada koronavirusa yoluxma sayı 2 milyonu keçdi

İspaniyada koronavirusa yoluxma sayı 2 milyonu keçdi İspaniyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 2 024 904 nəfərə çatıb.
Digər ölkələr
7 Yanvar , 2021 23:44
İspaniyada koronavirusa yoluxma sayı 2 milyonu keçdi

İspaniyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 2 024 904 nəfərə çatıb.

“Report”un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son 7 gündə 76 mindən çox yoluxma faktı qeydə alınıb. İki həftə ərzində isə demək olar ki, 151 min nəfərin COVID-19 testi müsbət olub. Bu da epidemiyanın yayılmasında artım olduğunu göstərir.

Epidemiya başlayandan koronavirus infeksiyasına yoluxan 51,7 min xəstə vəfat edib. Onların 530-u son bir həftə ərzində həyatını itirib.

Son xəbərlər

Orphus sistemi