İspaniyada etiraz aksiyalarında onlarla insan saxlanıldı

İspaniyada etiraz aksiyalarında onlarla insan saxlanıldı İspaniyada terrorçuğulu təbliğ etməkdə təqsirləndirilən reper Pablo Aselin həbsinə etiraz olaraq keçririlən aksiyada 49 nəfər saxlanılıb
Digər ölkələr
18 Fevral , 2021 03:48
İspaniyada etiraz aksiyalarında onlarla insan saxlanıldı

İspaniyada terrorçuluğu təbliğ etməkdə təqsirləndirilən reper Pablo Aselin həbsinə etiraz olaraq keçririlən aksiyada 49 nəfər saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə “El Periodico” qəzeti məlumat verib.

Məlumata görə, etirazçılar Barselonanın və Madridin mərkəzində, həmçinin Kataloniyada və Qranada əyalətində qarışıqlıqlar zamanı saxlanılıblar.

Paytaxtda etiraz aksiyası mərkəzi “Puerta-del-Sol” meydanında başlayıb. Aksiyanın aqressiv iştirakçıları polisə müxtəlif əşyalar atmağa, şəhərə ziyan vurmağa başlayıblar. Nəticədə polis dəyənəkdən istifadə ilə güc tətbiq etməli olub. ABC qəzetinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları mitinq iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq ediblər.

“Europa Press agentliyi isə Madriddə qarşıdurmalar zamanı 9 nəfərin xəsarət aldığını xəbər verir.

Son xəbərlər

Orphus sistemi