İspaniyada əhalinin 70 faizi vaksinasiya olunub

İspaniyada əhalinin 70 faizi vaksinasiya olunub İspaniyanın Baş naziri Pedro Sançez ölkə sakinlərinin 70%-nin koronavirusa qarşı tam peyvənd edildiyini bildirib.
Digər ölkələr
1 Sentyabr , 2021 23:09
İspaniyada əhalinin 70 faizi vaksinasiya olunub

İspaniyanın Baş naziri Pedro Sançez ölkə sakinlərinin 70%-nin koronavirusa qarşı tam peyvənd edildiyini bildirib.

"Report"un xəbərinə görə, bu barədə Sançez tvitter hesabında yazıb.

Baş nazir 40 yaşdan yuxarı sakinlərin 90%-dən çoxunun hər iki dozada, 20-29 və 12-19 yaş qruplarında olan yeniyetmə və gənclərin 70%-dən çoxunun birinci dozada peyvənd olunduğunu deyib.

Pandemiyanın başlanmasından bəri İspaniyada 4,9 milyon sakin koronavirusa yoluxub, 84,4 mindən çox insan xəstəlikdən ölüb, 4,4 milyonu isə tamamilə sağalıb.

Son xəbərlər

Orphus sistemi