İraqın paytaxtında restoran binasının uçması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "SHAFAQ News" agentliyi məlumat yayıb.
Binada olan üç yaralı dağıntılar altından çıxarılıb.
Partlayış İraq paytaxtının mərkəzində baş verib. İlkin məlumata görə, söhbət qaz kəmərinin partlamasından gedir.
İraqın paytaxtında restoran binasının uçması nəticəsində azı bir nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "As-Sumaria" telekanalı məlumat yayıb.
Restoranın çökdüyü zaman binada olan 3 yaralı dağıntılar altından çıxarılıb. Dağıntılar altında qalan daha bir nəfərin axtarışı istiqamətində işlər davam edir.
Binanın uçmasına səbəb olan partlayış İraq paytaxtının mərkəzində baş verib. İlkin məlumata görə, söhbət qaz kəmərinin partlamasından gedir.
İraqın paytaxtı Bağdadın mərkəzində partlayış baş verib.
"Report" bu barədə "As-Sumaria" telekanalına istinadən xəbər verir.
Məlumata görə, partlayış insident nəticəsində restoranın binası uçub.
İlkin ehtimallara görə, hadisə qaz kəmərinin partlaması nəticəsində baş verə bilər. Qurbanların dəqiq sayı barədə hələ məlumat verilmir.
INA agentliyinin məlumatına görə, bir neçə nəfər dağıntılar altındadır. Hadisə yerində xilasetmə işləri aparılır.