Bakı. 4 iyun. REPORT.AZ/ İraq ordusu Əl-Fəlluca şəhərinin şimal-qərbində yerləşən Əs-Saklaviyə yaşayış məntəqəsini İŞİD terror qruplaşmasının üzvlərindən azad edib.
“Report” xəbər verir ki, bu barədə güc qurumlarının birgə əməliyyat qərargahına istinadən RİA “Novosti” məlumat yayıb.
Bundan əvvəl İraq hərbçiləri cənub cəbhəsindən Əl-Fəllucaya daxil olublar və Ən-Nuaymiyə rayonuna nəzarəti ələ keçiriblər.
Əl-Fəlluca İŞİD tərəfindən 2014-cü ildə ələ keçirilib.
Mayın sonunda hərbçilər şəhərin azad edilməsi üzrə əməliyyatlara başlayıblar.
İraqın Fəlluca şəhərinin daha bir yaşayış məntəqəsi azad olunub
Digər ölkələr
4 İyun , 2016
20:26


Son xəbərlər
