İraqda xəstəxanada yanğında ölənlərin sayı 90-a çatıb, ölkədə matəm elan olunub - YENİLƏNİB-2

İraqda xəstəxanada yanğında ölənlərin sayı 90-a çatıb, ölkədə matəm elan olunub - YENİLƏNİB-2 İraqın Nəsiriyyə şəhərində koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada yanğın baş verib.
Digər ölkələr
280
13 İyul , 2021 14:51
İraqda xəstəxanada yanğında ölənlərin sayı 90-a çatıb, ölkədə matəm elan olunub - YENİLƏNİB-2

İraqın cənubunda yerləşən Di-kar əyalətinin Nəsiriyyə şəhərində koronavirusa yoluxan pasiyentlər üçün nəzərdə tutulan hospitalda baş verən yanğın nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı yerli “Al-Hadath” telekanalı yayıb.

İraqın Baş naziri Mustafa əl-Kazımi ölkədə matəm elan edib.

Bildirilib ki, İraqda koroavirusa yoluxanlar üçün xəstəxana ilk dəfə deyil yanır. Bu il aprelin 24-də Bağdadda İbn əl-Xətib adına hospitalda baş vermiş oxşar hadisə nəticəsində 82 nəfər ölmüş, 110 nəfər yaralanmışdı.

11:18

İraqın cənubunda yerləşən Di-kar əyalətinin Nəsiriyyə şəhərində koronavirusa yoluxan pasiyentlər üçün nəzərdə tutulan hospitalda baş verən yanğın nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı yerli “Al-Hadath” telekanalı yayıb.

Hadisə ilə əlaqədar əyalətin səhiyyə naziri Səddam ət-Tavil istefa verib.

İraqın Baş naziri Mustafa əl-Kazımi ölənlərin xatirəsinin yad edilməsi üçün matəm elan olunması və yanğının araşdırılması üçün xüsusi komissiyanın yaradılması ilə bağlı tapşırıq verib.

02:00

İraqın Nəsiriyyə şəhərində koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada yanğın baş verib.

“Report” xəbər verir ki, bu barədə yerli “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata əsasən, “İmam Hüseyn” adına xəstəxanada xəstələri oksigenlə təchiz edən balon partlayıb. Partlayışdan sonra yanğın başlayıb.

Qeyd olunub ki, yanğın zamanı 40 nəfər ölüb, 70 pasiyent xilas edilib. Hazırda onlarla xəstə köməksiz vəziyyətdə qalıb.

Son xəbərlər

Orphus sistemi