İraqda beş silahlı partlayış zamanı həlak olub

İraqda beş silahlı partlayış zamanı həlak olub İraqda terror aktı hazırlayan silahlılar avtomobilə partlayıcı maddə quraşdıran zaman baş verən partlayş zaman həlak olublar.
Digər ölkələr
27 Sentyabr , 2020 04:59
İraqda beş silahlı partlayış zamanı həlak olub

İraqda terror aktı hazırlayan silahlılar avtomobilə partlayıcı qurğunu quraşdırarkən baş vermiş partlayş zamanı həlak olublar.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik orqanlarının mətbuat xidməti bildirib.

Qeyd edilir ki, avtomobil İraqın qərbindəki Rutba şəhəri yaxınlığında səhrada partlayıb.

"İnformasiyanın dəqiqləşdirilməsindən sonra məlum olub ki, avtomobil İŞİD silahlıları tərəfindən partlayıcı maddə ilə doldurulan zaman sığınacaqlardan birində partlayıb.

"Nəticədə partlayıcı maddənin quraşdırılması ilə məşğul beş silahlı həlak olub", - xəbərdə deyilir.

Son xəbərlər

Orphus sistemi