İraqda 400-ə yaxın insan qidadan zəhərlənib

Digər ölkələr
  • 02 noyabr, 2021
  • 21:15
İraqda 400-ə yaxın insan qidadan zəhərlənib

İraqın şərqindəki Maysan əyalətində 400-ə yaxın adam falafel olduğu güman edilən qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" yerli səhiyyə departamentinə istinadən məlumat yayıb.

Daha əvvəl 250-yə yaxın insanın zəhərləndiyi bildirilirdi.

Hazırda zəhərlənən 396 nəfərdən 17-si reanimasiya şöbəsindədir, vəziyyətləri ağırdır, bir nəfərsə dünyasını dəyişib.

Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Hazırda “Atşan” restoranının sahibi və digər 6 şübhəli şəxs faktla bağlı saxlanılıb.

Həmçinin bildirilir ki, yerli sakinlər xarab olan yeməyin verildiyi deyilən restoranı sındırıblar.

44 filmi