İraq Suriya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirir
Digər ölkələr
- 30 noyabr, 2024
- 11:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İraq Suriyada münaqişənin şiddətlənməsi fonunda bu ölkə ilə sərhədində təhlükəsizliyi gücləndirir.
“Report” xəbər verir ki, bu barədə İraq Sərhəd Qoşunlarının komandanı Məhəmməd Əbdülvahab əl-Suaydi INA xəbər agentliyinə bildirib.
“Suriya ilə sərhədi möhkəmləndirmək üzrə işlər apardıq və orada ən yaxşı bölmələri yerləşdirdik. Sərhədlərimiz təhlükəsizdir, onların pozulması ehtimalı istisnadır”, - əl-Suaydi deyib.
Daha əvvəl İraqın müdafiə naziri Sabit Abbasi də İraq ordusunun ölkənin sərhədlərini və hava məkanını istənilən təhlükədən qorumağa hazır olduğunu vurğulamışdı.
Son xəbərlər
16:25
Estoniyanın İT şirkətlərinin Azərbaycana cəlb edilməsi müzakirə olunub
İKT
16:23
Böyük Britaniya səfiri: Naxçıvan günəş enerjisi və turizm üçün böyük potensiala malikdir
Xarici siyasət
16:20
Aftandil Hacıyev: "İldə 2-3 beynəlxalq oyun keçirməklə inkişaf etmək çox çətindir"
Futbol
16:19
AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 1,6 dəfə artıb
İnfrastruktur
16:19
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-oktyabr, 2026)
Maliyyə
16:12
Foto
Əmanətlərin Sığortalanması Fondu IADI-nin 25-ci İllik ümumi yığıncağında iştirak edib
Maliyyə
16:08
"Bakı Fond Birjası"nın dövriyyəsi 32 % azalıb
Maliyyə
16:03
Akvakultura fəaliyyəti üçün torpağın kateqoriyasını dəyişməyə ehtiyac olmayacaq
ASK
16:02
"Barselona"nın futbolçusu Jül Kunde "Atletiko" ilə oyunu da buraxacaq
Futbol