İran Fars körfəzində xarici gəmini saxlayıb

İran Fars körfəzində xarici gəmini saxlayıb Hərbçilərin 150 min litr yanacağı müsadirə etdiyi, gəminin 11 ekipaj üzvünə qarşı istintaq başladıldığı bildirilir
Digər ölkələr
20 Noyabr , 2021 12:25
İran Fars körfəzində xarici gəmini saxlayıb

İran hərbi qüvvələri Fars körfəzində yanacaq qaçaqmalçılığına cəhd edən xarici gəmini saxlayıb.

“Report” xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Gəmi ölkənin cənubundakı Hörmüzgan vilayətinin sahillərində saxlanılıb. Hərbçilərin 150 min litr yanacağı müsadirə etdiyi, gəminin 11 ekipaj üzvünə qarşı istintaq başladıldığı bildirilir.

Gəminin hansı ölkəyə aid olduğu və saxlanılanların vətəndaşlığı barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi