İordaniyada güclü partlayış olub, ölənlər var

İordaniyada güclü partlayış olub, ölənlər var İordaniyanın paytaxtı Ammandan 20 kilometr məsafədə Əz-Zarka şəhərində güclü partlayış baş verib.
Digər ölkələr
697
11 Sentyabr , 2020 02:58
İordaniyada güclü partlayış olub, ölənlər var
0 : 00
0 : 00

İordaniyanın paytaxtı Ammandan 20 kilometr məsafədə yerləşən Əz-Zarka şəhərində güclü partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb. Telekanal hadisənin təfərrüatını açıqlamayıb.

Yerli jurnalist Xair əl-Cəbri isə bildirib ki, partlayış sursat anbarında baş verə bilər. Hadisənin eləcə də neftayırma müəssisələrindən birində baş verdiyi istisna olunmur.

"Sky News" isə bildirib ki, hadisə zamanı 2 nəfər həlak olub. Partlayışın foto və videoları “Twitter”də yayılıb.

Son xəbərlər

Orphus sistemi