İndoneziyanın şimalında yerləşən Riau adalarında baş verən sürüşmə nəticəsində azı 10 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.
"Report" “Xinhua” agentliyinə istinadən xəbər verir ki, sürüşməyə regionda yağan güclü yağış səbəb olub.
Əlverişsiz hava şəraiti axtarış-xilasetmə əməliyyatlarının aparılmasını çətinləşdirir.