İndoneziya sahillərində daha bir zəlzələ olub

Digər ölkələr
  • 24 mart, 2024
  • 04:35
İndoneziya sahillərində daha bir zəlzələ olub

İndoneziya sahillərində 5,7 maqnitudada zəlzələ zəlzələ qeydə alınıb.

"Report"un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii hadisənin episentri təxminən 77,2 min nəfər əhalisi olan Ende şəhərindən 85 km cənub-şərqdə, zəlzələ ocağı 50 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Qeyd edək ki, dünən də İndoneziyanın Sumatra adası sahillərində 5,3 maqnitudada zəlzələ qeydə alınıb.