İmran Xan: "Telekanallarda çıxışımızı qadağan edən hökuməti qınayırıq”

İmran Xan: "Telekanallarda çıxışımızı qadağan edən hökuməti qınayırıq” "Televiziya kanallarında çıxış etməyimizi qadağan edən qanunsuz yasaqla səsimizi susdurmağa çalışan hökuməti şiddətlə qınayırıq”.
Digər ölkələr
19 Mart , 2023 02:34
İmran Xan: Telekanallarda çıxışımızı qadağan edən hökuməti qınayırıq”

"Televiziya kanallarında çıxış etməyimizi qadağan edən qanunsuz yasaqla səsimizi susdurmağa çalışan hökuməti şiddətlə qınayırıq”.

“Report” xəbər verir ki, bunu Pakistanın sabiq baş naziri və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının sədri İmran Xan tvitter hesabında yazıb.

“Bu, məhkəmə qərarına ziddir. Media İslamabaddakı evimə və avtomobil karvanıma polisin hücumunu yayımlamağı dayandırıb. Faşizm ən pisidir", - İmran Xan qeyd edib.

Qeyd edək ki, daha əvvəl məhkəmə İmran Xanın həbsinə verdiyi orderi ləğv edib və onun işi üzrə dinləmələri martın 30-na keçirib.

Hakim tərəflərə müzakirələrin növbəti iclasda davam edəcəyini bildirib, həmçinin Xanın məhkəmədə iştirakını təmin etməyi tapşırıb.

Son xəbərlər

Orphus sistemi