II Beynəlxalq Tələbə Konfransında iştirak edən Uruqvay Gömrük Xidmətinin rəhbəri ÜGT-nin Şura sədri seçilib

II Beynəlxalq Tələbə Konfransında iştirak edən Uruqvay Gömrük Xidmətinin rəhbəri ÜGT-nin Şura sədri seçilib Şura, Gömrük Əməkdaşlıq Şurasının yaradılması haqqında Konvensiya əsasında təsis olunub
Digər ölkələr
8 İyul , 2017 19:01
II Beynəlxalq Tələbə Konfransında iştirak edən Uruqvay Gömrük Xidmətinin rəhbəri ÜGT-nin Şura sədri seçilib
Foto:Dövlət Gömrük Komitəsi

Bakı. 8 iyul. REPORT.AZ/ Bu gün Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında keçirilən Gömrük Əməkdaşlıq Şurasının 129/130-cu sessiyalarında Uruqvay Şərq Respublikası Milli Gömrük İdarəsinin Baş direktoru Enrike Kanon ÜGT-nin Şura sədri seçilib.

Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, Şura, Gömrük Əməkdaşlıq Şurasının yaradılması haqqında Konvensiya əsasında təsis olunub.

O, Ümumdünya Gömrük Təşkilaının ən ali qurumudur və təşkilatın fəaliyyəti və tədbirləri ilə bağlı yekun qərarları verir. Bütün ÜGT qurumları Şuraya hesabat verir. Şura ÜGT Katibliyinin inzibati dəstəyi ilə fəlaiyyət göstərir. Hər bir ÜGT üzvünün burada təmsil olunmaq hüququ vardır.

Uruqvay Gömrük Xidmətinin nümayəndə heyəti 2012-ci il aprelin 1-də ölkəmizə səfər edib.

İki ölkənin gömrük xidmətləri arasındakı əlaqələr Dövlət Gömrük Komitəsinin nümayəndə heyətinin 2014-cü il 9-13 iyun tarixlərində bu ölkəyə səfərindən sonra yeni mərhələyə qədəm qoyub. Səfər zamanı Uruqvayın Xarici İşlər Nazirliyinin binasında "Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq Respublikasının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş" imzalanıb.

Uruqvay Şərq Respublikası Milli Gömrük İdarəsinin Baş direktoru Enrike Kanon bir neçə gün bundan öncə Qusarda keçirilən "Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar" mövzusunda II Beynəlxalq Tələbə Konfransında iştirak etmək məqsədilə növbəti dəfə ölkəmizə səfər edib. Konfransın açılış mərasimində etdiyi çıxış zaman tədbirin təşkili və mahiyyəti, eləcə də Azərbaycan haqqında dediyi xoş sözlər onun, həm də ölkəmizə olan xoş münasibətinin təzahürüdür.

Son xəbərlər

Orphus sistemi