Yuxarı

İyulda İraqda 759 nəfər ölüb, 1 207 nəfər yaralanıb

Ölənlərdən 629, yaralılardan 1 061 nəfəri mülki vətəndaşlardır

Bakı. 3 avqust. REPORT.AZ/ Cari ilin iyulunda İraqda münaqişə nəticəsində 759 nəfər ölüb. 

"Report" DHA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin İraqa Yardım Missiyası (UNİM) məlumat yayıb.  

Məlumata görə, bu statistikaya Ənbər vilayəti daxil deyil, yaralıların sayı isə 1 207 nəfər olub. 

Xəbərdə həmçinin ölənlərdən 629, yaralılardan 1 061 nəfərinin mülki vətəndaşlar olduğu qeyd edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi